Davamlı inkişaf
Anlayırıq ki, gələcək uğurlarımız istehlakçılarımıza keyfiyyətli məhsullar təqdim etməklə bərabər, sosial məsuliyyət öhdəliyimizin davamlı şəkildə yerinə yetirilməsi ilə sıx bağlıdır.
Davranış kodeksi
Şirkətimizin fəaliyyəti şəffaflıq, məsuliyyət, dürüstlük və qarşılıqlı hörmət kimi prinsiplər üzərində qurulmuşdur.
CƏMİYYƏT
İnsan haqları
İnsan haqlarının qorunması fəaliyyətimizin başlıca prinsipidir və biz ona tamamlıqla riayət etməyə çalışırıq. Biz hesab edirik ki, iş quruculuğumuz birgə hərəkət etdiyimiz insanlara və insan qruplarına müsbət təsir göstərir.
İnkişaf imkanları
Əsas məqsədlərimizdən biri odur ki, şirkətin hər bir əməkdaşı fərdi inkişaf üçün labüd olan bütün imkanlara sahib olsun. Onlar karyeralarının hər mərhələsində bizdən dəstək alacaqlarına və, beləcə, öz texniki, metodik və şəxsi bacarıqlarını inkişaf etdirəcəklərinə əmin ola bilərlər.


ƏTRAF MÜHİT
İqlim
İqlim dəyişiklikləri hal-hazırda cəmiyyət qarşısında duran ən təxirəsalınmaz məsələlərdən biridir. İqlimin müdafiəsi Tabaterra üçün əsas vəzifələrdən biri olaraq strategiyamızın ayrılmaz hissəsini təşkil edir. Biz hər zaman ətraf mühitə göstərdiyimiz təsiri azaltmağın yollarını axtarıb araşdırırıq.
Su
Su, getdikcə, dünyada ən defisitli resurslardan birinə çevrilir. Buna görə də biz gələcəyimizin qayğısına qalaraq suyun dayanıqlı istifadə olunmasına dair narahatçılıq hiss etməyə bilmərik. Biz istehsalat proseslərimizin nəticəsində baş verən su tullantılarının azaldılması ilə bağlı mütəmadi iş aparırıq.
İDARƏETMƏ
Biznesin aparılması qaydaları
Bizə görə, dayanıqlı olmaq ilk öncə öz əsas fəaliyyətimizi beynəlxalq davranış prinsip və kodekslərinə uyğun yerinə yetirməkdir. İşə etik və məsuliyyətli yanaşmanın əsasını məhz bu təşkil edir.
İdarəçilik
Biz beynəlxalq hüquq və sosial standartlara ciddi riayət edirik. Bizim daxili standartlarımız da bu öhdəliklərin üzərində qurulub. Sözügedən standartlara uyğunluğa nail olmaq üçün Tabaterra-da biz korporativ tələblərə riayət etməyə çağıran idarəetmə üsuluna üstünlük vermişik.

Sustainability reports