TÜTÜN İSTEHSALI SAHƏSİNDƏ FLAQMAN ROLUNU
OYNAMAĞIMIZLA QÜRUR DUYURUQ
TÜTÜN İSTEHSALI SAHƏSİNDƏ FLAQMAN ROLUNU
OYNAMAĞIMIZLA QÜRUR DUYURUQ
-
British American Tobacco
British American Tobacco – siqaret və tütün məhsulları istehsalı ilə məşğul olan Britaniya şirkətidir, baş ofisi Londonda yerləşir. 1902-ci ildə təsis olunmuş BAT, dünya üzrə milyonlarla istehlakçını tütün və nikotin məmulatları (potensial olaraq riski azaldılmış məmulatlar daxil olmaqla) ilə təmin edir. Şirkət Kent, Rothmans, Pall Mall, Glo və Vype kimi dünya brendlərindən ibarət portfoliosu ilə öyünə bilər.
-
Japan Tobacco International
Baş ofisi Cenevrədə (İsveçrə) yerləşən JTI, dünyada ən aparıcı beynəlxalq tütün brendlərinin məhsullarının istehsalçısıdır. Şirkətdə 110 milliyyəti təmsil edən 45.000 əməkdaş çalışır və JTI öz məhsullarını 130 ölkədə təqdim edir. Azərbaycanda isə JTI Sobranie, Winston, Camel, LD, Winchester və More brendlərinin satışını həyata keçirir.
-
Imperial Brands
Imperial Brands PLC durmadan inkişaf edən və zəngin tütün istehsalı tarixi üzərində qurulmuş, dünya üzrə 30.000-dən çox əməkdaşın çalışdığı istehlak mallarının istehsalçısıdır. Dinamik sürətlə dəyişən bazarı ələ almaq və yeni istehsal təcrübələri əldə etmək üçün şirkət davamlı olaraq tərəqqi edir. Imperial Brands şirkətinin bir hissəsi olaraq, Imperial Tobacco siqaret, xırda doğranmış və tüstüsüz tütün məmulatları, siqarları və kağız, trubka kimi tütün aksessuarları istehsal edərək onların satışını həyata keçirir. Imperial Tobacco özündə Davidoff, West, JPS, Parker & Simpson və Gauloises Blondes brendlərini cəmləşdirir və bu brendləri həm yerli, həm də dünya bazarlarında təqdim edir.