An duo lorem altera gloriatur. No imperdiet adver sarium pro. No sit sumo lorem. Mei ea eius elitr consequ untur. In mel aeterno.
1-677-124-44227

184 Main Collins Street | West Victoria 8007

Follow us on Social media

Lorem ipsum proin gravida nibh vel velit auctor alique tenean sollicitudin.

Top

Keyfiyyətə nəzarət üzrə kiçik mütəxəssis

3 months əvvəl
Sumqayıt şəh.
Növbəli iş qrafiki

İş öhdəlikləri:

  • Hazır məhsulların müəyyən olunmuş tələblərə və təsdiq olunmuş cədvələ uyğun keyfiyyətinə nəzarət etmək
  • İstehsalat prosesini müşahidə etməklə nümunələr götürmək, hazır məhsulların fiziki parametrlərini ölçmək, vizual qiymətləndirmələr aparmaq
  • Bütün ölçmə nəticələrini və vizual yoxlama nəticələrinin xüsusi laboratoriya formasına (QA) uyğun elektron qaydada keyfiyyətə nəzarət jurnallarında qeydiyyatını aparmaq
  • İstehsal xəttindəki məhsul barədə hər hansı uyğunsuzluğu dərhal istehsalat sahəsində həmin xəttə məsul olan işçilərə məlumat vermək (mexanik, operator və s.)
  • İstehsal xəttindəki məhsulda uyğunsuzluq aşkar edildikdə, geri sıralama qaydasında nümunələr götürərək uyğunsuzluğun başladığı məhsulu müəyyən etmək və prosesin bərpası üçün xətt üzrə məsul olan şəxslərə köməklik göstərmək
  • Uyğunsuzluğun idarəedilməsi prosesini təşkil etmək və müvafiq sənədi(ləri) hazırlamaq
  • Mövcud prosedura uyğun olaraq brend dəyişdirmə prosedurunda iştirak etmək
  • İstehsalat prosesində yaranmış hər hansı problemə diqqət yetirmək və problemin aradan qaldırılması və prosesin gedişatının yaxşılaşdırılması üzrə təkliflər vermək
  • Birbaşa rəhbərinə mütəmadi olaraq müvafiq hesabatlar vermək

 

Tələblər:

  • Kimya, Kimya mühəndisliyi sahəsində ali təhsil;
  • Keyfiyyətə nəzarət və istehsal sahəsində ən azı 1 il iş təcrübəsi
  • Laboratoriya avadanlıqları ilə işləmək bacarığı
  • Yaxşı İngilis və ya Rus dili biliyi (yazı və danışıq)
  • Microsoft Office proqramlarında işləmək bacarığı
  • Ünsiyyət və komandada işləmək bacarığı

Müraciət forması

Share
3 months əvvəl
Sumqayıt şəh.
Növbəli iş qrafiki