İnsan Resursları üzrə menecer
13.01.2022
İş öhdəlikləri:
- AR-nın Əmək Məcəlləsinə, müəssisənin daxili sənədlərinə və rəhbərliyin əmrlərinə müvafiq olaraq işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələri və digər müvafiq əməliyyatların vaxtında rəsmiləşdirilməsinin təmin edilməsi
- Əmək muqavilələrin hazırlanmasını, e-gov hökümət portalında əməliyyatların vaxtında yerinə yetirilməsi, daxili əmrlərin hazırlanamsının təmin edilməsi
- Aidiyyatı sənəd dövriyyəsinin düzgün aparılmasının, işçilərin şəxsi işlərinin formalaşdırılmasının və müntəzəm olaraq qeydiyyatınının aparılmasının təmin edilməsi
- İş vaxtının düzgün uçotunun aparılmasını və əmək haqqı hesablanması üçün zəruri məlumatların vaxtında mühasibatlığa təqdim edilməsi
- Şirkətin kadrlara olan tələbatı haqqında vakansiyaların elan edilməsi
- Təşkilatı struktur və vəzifə təlimatlarının hazırlanması
- Kadrların ixtisas, şəxsi və işgüzar keyfiyyətləri qiymətləndirilərək müvafiq struktur bölmələrdə düzgün yerləşdirilməsi, onların əməyinin istifadə olunmasına və ixtisasartırma daxili təlimlərin həyata keçirilməsinə nəzarət
- İşçi heyətin mükafatlandırılması, intizam məsuliyyətinə cəlb olunması, attestasiyası proseslərinin idarə edilməsi
- Kadrlar üzrə hesabatların tərtibi və tələb olunan yerə vaxtında təqdim edilməsinə rəhbərlik edilməsi
- Aidiyyatı dövlət qurumları ilə əməkdaşlıq edilməsi və müvafiq qanunvericiliyin tələblərinə riayət edilməsi (Miqrasiya xidməti, Dövlət Müfəttişlik Xidməti və s.)
- Rəhbərlik üçün müvafiq hesabatların hazırlanması
- İnsan Resursları sahəsində daxili prosedur, qayda, təlimat və standartların yaradılması və inkişaf etdirilməsi;
Tələblər:
- Ali təhsil
- İnsan Resursları sahəsində 3 – 5 il iş stajı (rəhbər vəzifədə olan namizədlərə üstünlük verilir)
- AR-nın Əmək Məcəlləsi üzrə yaxşı səviyyədə biliklər
- 1C (8.3 UPP) sistemində, MS Office proqramlarında işləmə bacarığı
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı
Müraciət forması